
AVRO-2016 öncəsi daha bir terror xəbərdarlığı yayılıb.
Qaynarinfo.az xəbər verir ki, İngiltərənin nüfuzlu "The Telegraph" qəzeti AVRO-2016-da təhlükəsizlik baxımından ən riskli 5 oyunun olacağını yazıb.
Yazıda qeyd olunur ki, onlardan biri də iyunun 12-də Parisdə keçiriləcək Türkiyə - Xorvatiya qarşılaşması olacaq.
Qəzet "terror hücumu" xəbərdarlığını və xorvat azərkeşlərinin çılğınlığını nəzərə alaraq, qarşılaşmanı ən riskli matç hesab edib.
Qaynarinfo.az