Xəbər lenti

Avropa çempionatında bürünc medal qazanmış məşqçi millimizə gələ bilər
İdman16:54 21.04.2016

Avropa çempionatında bürünc medal qazanmış məşqçi millimizə gələ bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Qazaxıstan millisinin braziliyalı baş məşqçisi Kakau Azərbaycan yığmasına keçə bilər.

Qaynarinfo.az xəbər verir ki, "Kayrat" klubunu da çalışdıran Kakaunun yerli federasiya ilə müqaviləsinin müddəti başa çatsa da, yeni anlaşma rəsmiləşməyib.

Qazaxıstan Futzal Federasiyasının prezidenti Lev Kim bu baxımdan həyəcan təbili çalıb. O, vesti.kz saytının əməkdaşı Ruslan Oşurova verdiyi müsahibəsində Kakaunun Azərbaycan kimi baş məşqçisiz qalmış yığmalardan birinə keçəcəyindən çəkindiyini etiraf edib:

"Kakau ilə biz müqavilənin müddətinin artırılması barədə danışmışıq. O, Qazaxıstan yığması ilə qarşılıqlı münasibətlərini davam etdirir. Bununla yanaşı, onun "Kayrat"la 2018-ci ilədək qüvvədə olan müqaviləsi var. Bu gün onunda daha bir dəfə telefonla danışmağı planlaşdırıram. Hələ ki yeni müqavilə imzalanmayıb. Təbii ki, bu da müəyyən risklər yaradır. Çünki ona tək Azərbaycan yığmasından yox, digər milli komandalardan da təkliflər gəlir".

Qeyd edək ki, Kakau bu il Qazaxıstan yığmasına Serbiyadakı Avropa çempionatında bürünc medal qazandırıb və bu komandanın Kolumbiyadakı dünya birinciliyinə vəsiqə qazanmasına nail olub.

Qaynarinfo.az