Xəbər lenti

Avropa çempionatının açılış matçı bu hakimə həvalə edildi - FOTO
İdman12:18 08.06.2016

Avropa çempionatının açılış matçı bu hakimə həvalə edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə AVRO-2016-nın açılış oyununun hakimləri açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, iyunun 10-da Fransa və Rumıniya yığmaları arasında keçiriləcək qarşılaşmanı macarıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Kaşşaiyə Dyord Rinq və Ventsel Tot yan xətt, Tamaş Boqnar və Adam Farkaş əlavə köməkçi hakim qismində kömək edəcək. Ehtiyat hakimlər isə hollandiyalı Byörn Kuyperslə Sander van Rukeldir.

Qeyd edək ki, Sen-Denidəki "Stad de Frans"da keçiriləcək Fransa - Rumıniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qaynarinfo.az