
Avropa Liqasında mübarizə aparan 3 klubumuz - "Qəbələ", "Neftçi" və "Kəpəz" III təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda hansı komandalarla qarşılaşacaqlarına aydınlıq gəlib.
Qaynarinfo.az xəbər verir ki, 28 iyul - 4 avqust tarixlərində keçiriləcək bu qarşılaşmalarda cütlüklər belə olub:
"Admira Vakker" (Avstriya)/"Kəpəz" (Azərbaycan) - "Slovan" (Çexiya)
"Lill" (Fransa) - MTK (Macarıstan)/"Qəbələ" (Azərbaycan)
"Neftçi" (Azərbaycan)/"Şkendiya" (Makedoniya) - "Mlada Boleslav" (Çexiya)
Qeyd edək ki, Fransanın məşhur "Lill" klubunda Avropa çempionatının finalında qol vurub Portuqaliyaya qələbə qazandıran Qvineya-Bisau doğumlu hücumçu Eder çıxış edir. Onun Bakıya gəlməsi üçün "Qəbələ"nin MTK ilə cavab görüşündə minimum heç-heçə etməsi kifayət edir.
Qaynarinfo.az