Xəbər lenti

Avropa çempionatının "final"ı türk hakimə tapşırıldı
İdman10:03 25.06.2016

Avropa çempionatının "final"ı türk hakimə tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində keçiriləcək son 2 oyunun təyinatları açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, İtaliya – İspaniya oyununa türkiyəli referi Cüneyt Çakır təyinat alıb. İngiltərə - İslandiya oyununda isə Sloveniyalı Damir Skomina iş başında olacaq.

Qeyd edək ki, "erkən final" da adlandırılan İtaliya - İspaniya oyunu "Stad de Frans" stadionunda keçiriləcək. Matç iyunun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qaynarinfo.az