Xəbər lenti

Avropa çempionatının yarımfinalında 8 futbolçu oynamaya bilər
İdman17:45 05.07.2016

Avropa çempionatının yarımfinalında 8 futbolçu oynamaya bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah futbol üzrə Avropa çempionatında yarımfinal (1/2 final) matçlarına start veriləcək.

Qaynarinfo.az xəbər verir ki, finala çıxmaq uğrunda gedəcək bu gərgin mübarizələrdə azarkeşlər bəzi futbolçuları görə bilməyəcək. Buna səbəb həmin futbolçuların cəzalı və ya zədəli olmasıdır. 

Sabah turnirin debütantı Uels Portuqaliya ilə görüşəcək. Madrid "Real"ının 2 ulduz futbolçusu - Qaret Beyllə Kriştianu Ronaldunun Liondakı matçda üz-üzə gəlməsi səbirsizliklə gözlənilir. Lakin isveçli Yunas Erikssonun idarə edəcəyi görüşə hər 2 tərəf itkilərlə çıxacaq. 

Belə ki, Uelsin aparıcı oyunçularından olan Aaron Remsi və Bencamin Deyvis oynamayacaq. Portuqaliya isə Vilyam Karvalyusuz meydana çıxacaq. Hər 3 futbolçunun meydanda görünə bilməməsinin səbəbi onların bundan əvvəlki durumda sarı vərəqə alaraq cəzalı duruma düşmələridir. Lakin Portuqaliyada "Real"ın bir digər oyunçusu Pepenin oynayıb-oynamayacağı da dəqiqləşməyib.

İyulun 7-də isə meydan sahibi Fransa dünya çempionu Almaniya ilə görüşəcək. Marseldə keçiriləcək bu cütün qalibinin məhz Avropa çempionu olacağı ehtimal edilir. Lakin italiyalı Nikola Ritsolinin idarə edəcəyi görüşdə də bəzi ulduz futbolçuları görə bilməyəcəyik.

Düzdür, Fransada bu baxımdan qorxu yoxdur. Lakin Almaniyanın baş məşqçisi Yoaxim Lövü ehtiyatlı davranmağa vadar edən amillər var. Belə ki, Almaniyada birdən-birə 4 futbolçu oynamaya bilər. Bunlar Mario Qomes, Sami Kedira, Mats Hummels və Bastian Şvaynştayqerdir. 

"Bavariya"nın yeni transferi Hummels İtaliya ilə görüşdə cəzalı duruma düşüb. Digər 3 futbolçu isə zədəlidir. Düzdür, Şvaynştayqerin durumu hələ dəqiqləşməyib. Ancaq "Mançester Yunayted"li futbolçunun oynamaq ehtimalının çox aşağı olduğu bildirilir.

Qaynarinfo.az