Xəbər lenti

Avropa gizli şəkildə Rusiyadan LNG-nin yarısını alır
Dünya 16:05 26.11.2023

Avropa gizli şəkildə Rusiyadan LNG-nin yarısını alır

Rusiya əleyhinə sanksiyalara baxmayaraq, Avropa İttifaqı ölkələri 2023-cü ildə 6,1 milyard avro dəyərində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib ki, bu da Rusiyanın bütün ixracının yarıdan çoxunu təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropaya, o cümlədən Baltikyanı ölkələrə və Ukraynanı dəstəkləyən digər ölkələrə LNG yüklərinin sayı artmaqda davam edir. Ən böyük idxalçılar İspaniya və Belçikadır. Onların alışları 50% artaraq, ümumi LNG idxalının müvafiq olaraq 26,5% və 37,2%-ni təşkil edir.

Mütəxəssislər Rusiya LNG-yə tələbatın artımı Aİ-nin iqtisadiyyatı karbonsuzlaşdırma planları ilə əlaqələndirirlər. 2030-cu ilə qədər CO2 emissiyaları 55% azalmalıdır. Rusiya Təbii Sərvətlər Nazirliyinin eksperti Vadim Petrov xəbərdarlıq edib ki, Avropa eyni zamanda boru kəməri qazını LNG ilə tam əvəz edə bilmir. Onun sözlərinə görə, qışda qiymətlər kəskin arta bilər.

Rusiya üçün LNG ixracının artırılması strateji əhəmiyyət kəsb edir. 2030-cu ilə qədər hasilat 100 milyon tonu keçməlidir. 2022-ci ildə bu rəqəm 32,5 milyon ton olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->