Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 980 min manatdan artıq pulu mənimsəməkdə ittiham edilən mühasibinin məhkəmə vaxtı məlum olub.
Qaynarinfo-nun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə mayın 1-də hakim Əhməd Quliyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Əhməd