"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada Bundesliqanın lideri "Bayer" klubunun qonağı olub.
"Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.
Qrupun digər görüşündə "Molde" İsveçin "Hakken" kollektivini eyni hesabla üstələyib.
Beləliklə, "Bayer" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer"i qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
III tur
26 oktyabr
Bayer (Almaniya) - Qarabağ (Azərbaycan) 5:1
Qollar: Florian Virts, 5. Alexandro Qrimaldo, 29; 55. Viktor Bonifase, 36. Edmond Tapsoba, 58 - Toral Bayramov, 16-pen.
Bayer: 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 4. Conatan Ta, 7. Yonas Hofmann, 14. Patrik Şik, 18. Noa Mbamba, 23. Adam Hlojek, 25. Esekiel Palasios, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Horatsiu Fesnik (Rumıniya).
Leverkuzen. "Bay Arena".