Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayıb.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşüb. Bu gün baş tutan ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Çətin şimal səfərinə təmsilçimiz qələbə ilə yollanıb - 2:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
10 avqust
Qarabağ (Azərbaycan) - HİK (Finlandiya) 2:1
Qollar: Leandro Andrade, 55. Juninyo, 85 - Entoni Olusanya, 77.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka.
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Myanpa, 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Rogiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay.
Baş məşqçi: Toni Korkeakunnas.
Baş hakim: Roy Reinsreyber (İsrail).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.