Xəbər lenti

Avropa Liqası: "Qarabağ" Sloveniya səfərində qələbə qazandı
İdman05:04 24.08.2023

Avropa Liqası: "Qarabağ" Sloveniya səfərində qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qaynarinfo-nun əlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya klubu "Olimpiya”nın qonağı olub.
"Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, "Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
24 avqust
Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan) 0:2
Qollar: Kevin Medina, 36. Leandro Andrade, 44.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas.
Baş məşqçi: Joao Enrike.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Georgi Kabakov.
Lyublyana. "Stojitse” stadionu.