Xəbər lenti

Avropa Liqası:
İdman 23:01 11.07.2024

Avropa Liqası: "Zirə" Moldovada qalib gəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->