Xəbər lenti

Avropa Liqasının finalına nə qədər bilet satılıb?
İdman15:10 27.05.2019

Avropa Liqasının finalına nə qədər bilet satılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün 52 min bilet satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Hazırda daha 10 min bilet satışdadır. Qalan biletlər isə UEFA-nın sponsorlarına təqdim ediləcək.
Qeyd edək ki, mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi” ilə "Arsenal” komandaları qarşılaşacaq. (oxu.az)