
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayıb.
Bu barədə APA-ya Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
Qeyd edək ki, Ə.İnsanov məhkəməyə müraciətində saxlanılma şəraitindən və zəruri tibbi müalicə şəraitinin olmamasından, eləcə də İnsan Haqları Konvensiyasının 1-ci paraqrafının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) istinadən effektiv hüquqi yardımın olmamasından və 1 saylı Protokolun 1-ci maddəsinə (əmlak toxunulmazlığı) istinadən qohumlarının əmlakının müsadirə olunmasından şikayət edib.
2005-ci ilin oktyabr ayında həbs olunan Ə.İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Qaynar.info