Xəbər lenti

Avropa Məhkəməsi Rəsul Cəfərovla bağlı qətnamə qəbul etdi
Ölkə10:18 17.03.2016

Avropa Məhkəməsi Rəsul Cəfərovla bağlı qətnamə qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa insan haqları məhkəməsi Azərbaycan hökumətini 32min 448 avro məbləğində cərimələnməsi haqında qərar cıxarıb. 

Martın 17-də Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı qətnamə qəbul edib. AİHM  qətnaməsi ilə Rəsul Cəfərovun işində Konvensiyanın 5.1, 5.4 (azadlıq hüququ) və 18-ci (hüquqlara "siyasi müdaxilə") maddələrinin pozuntusunu, həmçinin dövlətin Konvensiyanın 34-cü maddəsi ilə müəyyən edilmiş öhdəlikləri (Məhkəmə qarşısında nümayəndə ilə təmsil olunmaq hüququnun təmin edilməsi) yerinə yetirmədiyini müəyyən edib. 

Bütün bunları nəzərə alaraq Avropa insan haqları məhkəməsi Azərbaycan hökumətini 32min 448 avro məbləğində cərimələnməsi haqında qərar cıxarıb.

Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsi qərarını bu gün açıqlayıb. Məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsi 16 aprel 2015-i ildə 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə ilə qərar cıxarmışdır.

Qaynar.info