Xəbər lenti

Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu
İdman12:49 17.08.2016

Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib.

Məlumata görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı" ilə bağlıdır.

71 yaşlı Hikki biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir.

Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, onlar Hikkini həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Qeyd edək ki, Patrik Hikki həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Qaynarinfo.Az