Xəbər lenti

Avropa Oyunları: Azərbaycan medal sıralamasında neçəncidi?
İdman 09:39 01.07.2023

Avropa Oyunları: Azərbaycan medal sıralamasında neçəncidi?

Polşada keçirilən III Avropa Oyunlarının 11-ci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı artıb.

"Report"un məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 6 bürünc medalla ümumi sıralamada 1 pillə geriləyərək, 25-ci sıraya enib.

İlk "üçlük”də isə dəyişiklik olmayıb. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (24 qızıl, 23 gümüş, 32 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna isə (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü pillədəki mövqeyini qoruyub.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->