Xəbər lenti

Avropa Oyunları zamanı metrolarda dəyişiklik
Ölkə13:30 08.05.2015

Avropa Oyunları zamanı metrolarda dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Oyunları ilə əlaqədar metroda stansiyalarında müəyyən dəyişikliklər olacaq.  

Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.  

Onun sözlərinə görə, ölkəmizə gələn turistlərin gediş-gəlişinin asanlaşdırmaq üçün stansiyalarda xəbərdarlıq anonsları müxtəlif xarici dillərdə səsləndirilə bilər:  “Bu istiqamətdə iş aparılır. Xarici qonaqlar üçün nəzərdə tutulan müxtəlif işlər var, amma konkret həmin səs yazıları olacaq və ya başqa formada nəsə, o, hələ dəqiq deyil”.

Qaynar.info