Xəbər lenti

Avropa Oyunlarının qızıl mükafatçısı maşın aldı - FOTO
İdman10:52 06.07.2015

Avropa Oyunlarının qızıl mükafatçısı maşın aldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.

anspress-in məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz instagram səhifəsində paylaşıb. “Dodge” markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.

İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu.

Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.

Qaynar.info