Xəbər lenti

Avropa “Türk axını”nın iqtisadi əsaslandırılmasını tələb edir
Ekonomiks18:55 12.06.2015

Avropa “Türk axını”nın iqtisadi əsaslandırılmasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Türk axını” qaz kəməri ilə bağlı əlavə iqtisadi əsaslandırılmalar tələb edilir. 
Musavat.com-un xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) energetik ittifaq məsələləri üzrə ali komissarı Maroş Şefçoviç bildirib.
“Türk axını” haqda biz hələ danışmalıyıq, çünki indiyədək onu haqqında informasiyanı yalnız mətbuat-konfranslarından eşitmişik. Biz isə bilməliyik ki, o, Avropanın kompleks energetik təhlükəsizliyə necə təsir edəcək, Avropa qanunvericiliyi gözləniləcəkmi?” - deyib ali komissar.
AB rəsmisi əmindir ki, Ukraynadan keçən qaz kəməri saxlanmalıdır, ona görə ki, orada “soyuq müharibə” dövründə istifadə olunan güclü imkanlar mövcuddur. Avropa rəsmisi onu da əlavə edib ki, məsləhətləşmələr ona görə lazımdır ki, “Türk axını”nın energetik ittifaq sisteminə necə uyuşduğu anlaşılsın.
Qaynar.info