XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropa və Şimali Amerika vahid Millətlər Liqası yarada bilər
İdman17:30 21.08.2026

Avropa və Şimali Amerika vahid Millətlər Liqası yarada bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) birgə Millətlər Liqasının yaradılması ilə bağlı danışıqlara başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Yayılan məlumata görə, yeni turnirdə UEFA və KONKAKAF-a daxil olan 96 milli komandanın hamısı iştirak edə biləcək. Millətlər Liqasının iki ildən bir keçirilməsi planlaşdırılır. Turnirin debütü isə 2028-ci ildə, Avropa çempionatından sonra baş tuta bilər.

Müzakirələr hələ ilkin mərhələdədir. Turnirin hazırda UEFA və KONKAKAF-ın keçirdiyi Millətlər Liqalarında tətbiq olunan bir neçə diviziondan ibarət sistemini qoruyacağı ehtimal edilir.

Danışıqlar Beynəlxalq Futbol Federasiyasına (FIFA) qarşı narazılığın artdığı bir vaxtda başlayıb.

2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra FIFA prezidenti Canni İnfantino təşkilatın bəzi hüquqlarının xarici investorlara satılması planlarından danışıb. Bu açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatının boykot edilə biləcəyi ilə bağlı təhdidlər səsləndirilib.

Bu barədə ilk açıqlamanı UEFA verib. FIFA-ya qarşı ciddi tənqidlərin fonunda təşkilat sonradan bu ideyadan imtina edib.

Aydın