Xəbər lenti

Avropada birja qaz qiymətləri düşməkdə davam edir
Ekonomiks13:54 02.09.2022

Avropada birja qaz qiymətləri düşməkdə davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bugünkü ticarət zamanı Avropada qazın qiymətinin azalması tempi 14%-ə qədər sürətlənib və avqustun 15-dən bəri ilk dəfə yanacağın birja qiyməti min kubmetr üçün təxminən 2150 dollara düşüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt London ICE-nin məlumatlarına istinadən yazıb.
TASS xəbər verir ki, bundan başqa, Hollandiyanın TTF qovşağında oktyabr fyuçerslərinin qiyməti sonradan 2137 dollara və ya MVt/saata görə 207 005 avroya düşüb (hazırki avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur).
Qeyd edək ki, cümə günü səhər Avropada qazın birja qiymətləri 5% ucuzlaşaraq, hazırda min kubmetr üçün 2300 dollardan aşağıdır.
Bundan əvvəl məlum olmuşdu ki, Portovaya kompressor stansiyasında qalan yeganə qaz kompressor qurğusunun təmiri başa çatdıqdan sonra sentyabrın 3-də Moskva vaxtı ilə saat 3:00-dan etibarən "Şimal axını” ilə Rusiya qazının nəqli bərpa oluna bilər.
Alpər