Xəbər lenti

Avropada ən çox "Bitkoin" hansı ölkə vətəndaşlarındadır? (STATİSTİKA)
Ekonomiks14:24 22.08.2018

Avropada ən çox "Bitkoin" hansı ölkə vətəndaşlarındadır? (STATİSTİKA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il məzənnəsi 20 min dollara qədər çatan "Bitkoin"in dəyəri bu il 5-7 min dollar civarında olsa da, son rəqəmlər Türkiyədə bu kriptovalyutaya marağın artdığını göstərir.
Qaynarinfo xəbər verir ki, "Raynor de Best" statistika şirkətinin araşdırmalarına görə, kriptovalyutanın qiymətinin ucuzlaşması bu bazara daxil olmaq istəyənlər üçün bir fürsət olub.
Digər bir tərəfdən "ING" Beynəlxalq Araşdırma şirkətinin hazırladığı anket türklərin bitkoinə marağının artaraq davam etdiyini ortaya çıxarıb.
Anketə qatılan türklərin 18 faizi "Bitkoin" sahibi olduqlarını bildiriblər. Beləliklər türklər Avropada bu kriptovalyutaya ən çox sahib olan insanlar sırasında birinci pillədə qərarlaşıblar.
İkinci sırada 12 faiz nisbətlə rumıniyalılar, üçüncü yerdə isə 11 faizlə polşalılar gəlir.
Avropada kriptovalyutaya ən az sahib olanlar 4 faizlə Lüksenburq, 5 faizlə Belçika və 6 faizlə isə Fransadır.