Xəbər lenti

Avropada ilk məğlubiyyətimiz
İdman19:25 13.07.2017

Avropada ilk məğlubiyyətimiz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Zirə” bu gün növbəti avrokubok sınağına çıxıb. Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Avropa Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.

Qəsəbə klubu çətin səfər oyununda “Astra”nın qonağı olub. I təsnifat mərhələsində “Duferdanj”ı hər iki matçda məğlub edən (2:0, 2:1) paytaxt təmsilçisi bu gecə Avropada ilk məğlubiyyətini alıb - 1:3. "Zirə"nin yeganə qoluna 34-cü dəqiqədə Rəşad Sadiqov imza atıb.

Bu Azərbaycan klublarının cari mövsümdə avrokuboklarda ilk məğlubiyyəti olub. Klublarımız bundan əvvəl keçirdiyi oyunlarda 6 qələbə qazanmış, 1 heç-heçə etmişdi.

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyunlar

13 iyul

Astra (Rumıniya) - Zirə (Azərbaycan) 3:1

Qollar: Aleksandru Yonita, 31. Aleksandru Dandea, 55. Antoni Le Tallek, 74 -   Rəşad Sadiqov, 34.

Astra: 23. Plemen İlyev, 4. Markus Vidal, 6. Florin Bejan, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 27. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu.

Ehtiyat oyunçular: 33. Yonut Boşneaq, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 25. Pyotr Polçşak, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri.

Baş məşqçi: Eduard Yordanesku.

Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 6. Rəşad Sadiqov, 7. Orxan Əliyev, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 13. Aleksandr Şemonyayev, 14. Qabriel Matey, 23. Yovan Krneta.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 11. Viktor İbokoye, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 99. Nicat Qurbanov.

Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (Belarus).

UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan).

Hakim-inspektor: İrji Ulrix (Çexiya).

Giurgiu. Marin Anastasoviçi stadionu.

Qaynarinfo.Az