Xəbər lenti

Avropadan gələn mallar ucuzlaşacaq – Ekspert
Ekonomiks14:04 22.01.2015

Avropadan gələn mallar ucuzlaşacaq – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Avronun məzənnəsinin düşmə prosesi bundan sonra da davam edəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

İqtisadçı bildirib ki, fevral ayında ABŞ-ın Federal Rezerv Bankı maliyyə bazarlarının qiymətləndirməsini yenidən apararaq böyük ehtimalla uçot dərəcəsini qaldıracaq:

"Bu, nəticədə onların mövqeyini daha da möhkəmləndirəcək. Bu prizmadan yanaşdıqda avronun məzənnəsinin növbəti aylarda daha da ucuzlaşması ehtimalı güclənir. Prosesin Azərbaycana təsirinə isə bir neçə prizmadan baxmaq olar. Bildiyimiz kimi, Dövlət Neft Fondunun rezervlərinin təxminən 35 faizi avro şəklində saxlanılır. Avronun məzənnədən düşməsi isə Neft Fondunun dollarla qiymətləndirilməsində dəyər itirməsinə yol açan əsas amillərdən biridir. Digər tərəfdən, Avropa Birliyi ölkələrindən Azərbaycana məhsul ixracının artma ehtimalı var. Çünki orada istehsal edilən məhsulların avronun məzənnəsini itirməsi səbəbindən daha da ucuz başa gəlməsi azərbaycanlı biznesmenlərin bu ölkələrdən daha çox məhsul ixrac etməsinə təşviq edəcək. Avronun bu gün ucuzlaşmasının bir əsas səbəbi də AB-nin Rusiya kimi bir bazarda itirdiyi ixrac mövqelərini digər bazarlarla kompensasiya etmək istəyi ilə bağlıdır”.

İqtisadçının sözlərinə görə, bu prizmadan yanaşdıqda böyük ehtimalla  növbəti aylarda Avropadan Azərbaycana məhsul ixracının artacağını proqnozlaşdırmaq olar:

"Nəzərə alsaq ki, Avropadan Azərbaycana göndərilən məhsulların böyük əksəriyyətini neft və neft məhsulları təşkil edir, belə olduqda, bu məhsulların qiymətinin kəskin şəkildə azalması ticarət balansının əvvəlki illərdən fərqli olaraq Avropanın xeyrinə dəyişməsinə gətirib çıxara bilər. Son 3-4 ay ərzində avro təxminən 13-14 faiz ucuzlaşdığından Avropadan gələn məhsulların qiymətində ucuzlaşmanı müşahidə etməliyik. Eyni zamanda 2015-ci ildə iqtisadiyyatda gözlənilən durğunluq və daxili tələbatın azalması Avropadan ölkəyə gətirilən məhsulların ölkəmizdə daha da ucuzlaşmasını labüd edəcək”.

Qaynar.info