Xəbər lenti

“Avropanı təəccübləndirə bilərik” - Tahir Gözəl
İdman13:59 23.02.2024

“Avropanı təəccübləndirə bilərik” - Tahir Gözəl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer” klubuna rəqib olmaları ilə bağlı danışıb.
Qaynarinfo komandanın saytına istinadən xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında püşkü dəyərləndirib:
"Son ana qədər ümidim var idi ki, biz "Slaviya” (Praqa) ilə oynayacağıq. Ancaq qarşımıza "Bayer” çıxdı. Çox güclü rəqibdir. Bu mövsüm çox yaxşı formadadırlar. Əlbəttə ki, çətin olacaq. Bir-birimizi tanıyırıq. "Qarabağ”ın möhtəşəm qələbəsi bizi ruhlandırıb. Güman edirəm ki, onlarla ən yüksək səviyyədə oynayacağıq.
Düşünürəm ki, Avropanı təəccübləndirə bilərik”.