Xəbər lenti

Avropanın ən ucuz şəhəri
Ekonomiks15:30 31.03.2015

Avropanın ən ucuz şəhəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Litvanın paytaxtı Vilnüs Avropa şəhərləri arasında turistlər üçün ən ucuz şəhər seçilib. 

Anspress-in məlumatına görə, Böyük Britaniyanın poçt xidmətinin apardığı araşdırma belə nəticə göstərib. Araşdırmaya əsasən, orta hesabla 100 avroya Vilnüsdə istirahət günlərini keçirmək mümkündür. 

Reytinqdə ikinci və üçüncü yerləri Macarıstanın paytaxtı Budapeşt və Latviyanın paytaxtı Riqa tutub. Avropanın ən bahalı şəhəri isə Stokholm seçilib. İsveçin paytaxtında turistlərə istirahət günlərində orta hesabla 310 avrodan çox pul tələb oluna bilər. 

Reytinq tərtib edilərkən 3 ulduzlu oteldə iki gecəlik, hava limanından transfer, şərab daxil olmaqla şam yeməyi, şəhərdə ekskursiya və nəqliyyat qiymətləri nəzərə alınıb.

Qaynar.info