2023-cü ildə Avropanın ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildən bəri hər il Avropada ən yaxşı gənc oyunçuya verilən "Golden Boy” ("Qızıl oğlan") mükafatına bu dəfə 25 namizəd göstərilib. Yekun siyahı İtaliyanın "Tuttosport” nəşri tərəfindən dərc olunub. Siyahıda türkiyəli gənc istedad, hazırda "Real"ın formasını geyinən Arda Gülər də yer alıb.
Cud Bellinqem ("Real”, İspaniya)
Camal Musiala ("Bavariya”, Almaniya)
Xavi Simons ("Leyptsiq”, Almaniya)
Antonio Silva ("Benfika”, Portuqaliya)
Alexandro Balde ("Barselona”, İspaniya)
Florian Virtz ("Bayer 04”, Almaniya)
Benjamin Şeşko ("Leyptsiq”, Almaniya)
Corcio Skalvini ("Atalanta”, İtaliya)
Rasmus Hoylund ("Mançester Yunayted”, İngiltərə)
Levi Kolvill ("Çelsi”, İngiltərə)
Yohan Bakayoko (PSV, Niderland)
Miloş Kerkez ("Bornmut”, İngiltərə)
Artur Vermeeren ("Antverpen”, Belçika)
Evan Ferqyuson ("Brayton”, İngiltərə)
Lukas Qurna-Duat ("Zaltsburq”, Avstriya)
Varren Zair-Emri (PSJ, Fransa)
Usman Diomande ("Sportinq”, Portuqaliya)
Arnau Martines ("Jirona”, İspaniya)
Matis Tell ("Bavariya”, Almaniya)
Andi Diuf ("Lans”, Fransa)
Arda Gülər ("Real”, İspaniya)
Bilal El-Hannus ("Genk”, Belçika)
Martin Baturina ("Dinamo”, Xorvatiya )
Joao Neveş ("Benfika”, Portuqaliya)
Lamin Yamal ("Barselona”, İspaniya)
2022-ci ildə bu titula "Barselona”nın yarımmüdafiəçisi Qavi layiq görülüb.
Səbuhi Həsənov