Avropanın avtomobil istehsalçıları komponentlərin olmaması və satışların kəskin azalması səbəbidinən zavodlarını bağlamağa başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb. Məlumata görə, bazar günü PSA qrupuna aid müəssisələrin ("Peugeot", "Citroen", "Vauxhall" və "Opel") işi dayanır.
"Fiat Chrysler" isə İtaliyada 8 zavodunun fəaliyyətini müvəqqəti dayandırıb.
"Renault", "Ford" və "Nissan" İspaniyadakı zavodlarının bağlandığını elan edib.
Bundan başqa nəşr yazır ki, "Volkswagen" şirkəti də komponentlərin az olması səbəbindən istehsalı dayandırmağa hazırlaşır.
Camal