Xəbər lenti

“Avropanın qaz problemini Azərbaycan həll edəcək” - Fransa rəsmisi
Ekonomiks11:00 03.07.2014

“Avropanın qaz problemini Azərbaycan həll edəcək” - Fransa rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Rusiya ilə qaz konfliktini minimuma endirməyə çalışır.

Fransalı mütəxəssislər bildirirlər ki, neçə ki, Avropa Rusiya qazına ehtiyac duyur, münasibətləri korlamağa dəyməz.

Aktual.az Avropa mediaına istinadən bildirir ki, Avropa qazın 80 faizini Rusiyadan alır.”Sosayəti-Ceneral” Fransa bankının iqtisadçısı Teri Bros bildirib ki, Rusiya qazının alternativi yoxdur. O, bizim bu sahədə ən mühüm ixracatçımızdır. Biz Əlcəzair və Liviyadan da qaz alırıq. Amma o ölkələrin öz problemləri var və oralardan aldığımız qazın həcmi get-gedə azalır.

Senatda İqtisadiyyat komissiyası qarşısında çıxış edən Fransanın “GDF Suez” qaz şirkətinin prezidenti Jerar Mestrelle də qeyd edib ki, indiki halda Rusiyaya arxa çevirmək, konkret olaraq, Rusiya qazından imtina etmək Fransaya sərf eləmir.

Jerar Mestrelle bildirib ki, qazın ixracı Rusiya üçün də həyat əhəmiyyətli məsələdir və Rusiya bu sahədə illər boyu Fransa qaz şirkətinin etibarlı tərəfdaş olub.

Daha sonra şirkət rəhbəri gələcəkdə nəzərdə tutulan alternativ variantlardan da danışıb. Fransa qaz şirkətinin rəhbəri bu mənada Azərbaycan qazının Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya-Albaniya marşrutu ilə Avropaya ötürülməsini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) tikintisinin perspektivlərinə böyük ümid bəslədiyini etiraf edib.

Qaynar.info