Xəbər lenti

Avropanın yeni "Golden Boy"u müəyyənləşdi
İdman13:30 22.11.2021

Avropanın yeni "Golden Boy"u müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropada hər il ən yaxşı gənc futbolçuya verilən "Golden Boy" müakafatının yeni sahibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu mükafata "Barselona"nın 18 yaşlı futbolçusu Pedri layiq görülüb. Bu haqda klubdan ictimaiyyətə məlumat verilib. Pedri "Golden Boy"u qazanan üçüncü ispaniyalı futbolçu ünvanına yiyələnib. Buna qədər sözügedən mükafata 2006-cı ildə Sesk Fabreqas, 2012-ci ildə isə İsko qazanmışdı. 
2003-cü ildən etibarən təsis olunan mükafatı ötən il Erlinq Haaland, 2019-da joao Feliks, 2018-də Matyis De Lixt, 2017-ci ildə isə Kilyan Mbappe qazanıb.
Peri "Barselona"nın əsas komandasında ötən mövsümdən forma geyinməyə başlayıb. Gənc futbolçu yayda baş tutan Avro-2020-də də millisinin heyətində çıxış etmişdi. 
Səbuhi Həsənov