Vyanada 7 yaşlı Hadişt adlı çeçen qızının amansızlıqla qətlə yetirilməsi bütün Avstriyanı şoka salmışdı.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, mayın 11-də Hadiştin meyiti zibil yeşiklərinin arasında tapılmışdı. Ekpsertiza onun bıçaqlanataq qətlə yetirildiyini müəyyən etmişdi.
Avstriyadakı çeçen icmasının məlumatına görə, cinayətə görə itkin düşən qızın qonşuluğunda yaşayan azərbaycanlı cütlük saxlanılıb. Azərbaycanlı ər-arvadın 2 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.