Sakinlər yaşadıqları küçəyə girməkdə çətinlik çəkirlər.
Söhbət Bakı-Sumqayıt yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsindən gedir.
Sakinlər deyir ki, yaşadıqları İstiqlal küçəsinin tək girişi yolun sağında olsa da, ora giriş üçün heç bir yol nişanı quraşdırılmayıb. Avtobus zolağından keçib küçəyə daxil olmaları isə qəza riskini qaçılmaz edir. Eyni ilə də küçədən çıxarkən avtobus zolağında nişanlama xətləri olmadığından, nəqliyyat vasitələri bir başa yolun hərəkət hissəsinə çıxmağa məcbur olur.
Ərazidə yaşayan sakinlər problemin həll olunması üçün əlaqədar qurumlara hətta eskiz layihə belə hazırlayaraq təqdim ediblər. Lakin aldıqları cavab onları qane etməyib.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Şərhlər