Xəbər lenti

Avtobuslar xidmət etməkdən imtina etdi, yüzlərlə insan yollarda qaldı (VİDEO)
Ölkə11:21 21.02.2025

Avtobuslar xidmət etməkdən imtina etdi, yüzlərlə insan yollarda qaldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən axşam saatlarından etibarən Bakıda yağan qar və yolların buz bağlaması ictimai nəqliyyatın fəaliyyətində problemlər yaradıb.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, axşam saat 21:00-dan sonra bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb.
Sərnişinlər yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər paylaşıblar. Onlar yolların buz bağlamasından, avtobusların xətlərdən kənarlaşdırılmasından şikayətləniblər. Xüsusilə Bakının kənd və qəsəbələri istiqamətində ciddi problemlər yaranıb.
Həmin görüntülərdən bəzilərini təqdim edirik: