Xəbər lenti

Avtomobil icra başçısının evinə girdi: Yaralananlar var
Ölkə14:12 29.03.2014

Avtomobil icra başçısının evinə girdi: Yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göygöldə iki gəncin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində baş verib.
 Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
 Göygöl rayon Polis Şöbəsindən bildiriblər ki, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur.
Qaynar.info