Antalyada iki avtomobil və motosikletin iştirakı ilə baş verən qəzada ağır yaralanan "Antalyaspor"un braziliyalı futbolçusu Naldo Pereyriyanın dörd yaşlı oğlu Davi 48 saat reanimasiyada saxlanılacaq.
Qaynarinfo-nun məlumatına görə, qəzamanı ağır yaralanan uşağın yatırdılmasına qərar verilib.
Futbolçunu qayınatası Valter Tilattinin idarə etdiyi avtomobil başqa bir maşına dəyib. Topqquşmanın təsirindən sürüşən içərisində Naldo və oğlunun olduğu avtomobil sürüşərək eyni istiqamətdə olan motosikletə dəyib. Qəzadan sonra Tilatti və həyat yoldaşı Alexandra Nardi, futbolçu Naldonun oğlu Davi, həmçinin digər avtomobilin və motosikletin sürücüsü yaralanıb. Yaralılar ətrafdakıların, hadisə yerinə sövq edilən polislərin, həmçinin xilasetmə qruplarının yardımı ilə xəstəxanaya yerləşdirilib. Təcili yardım maşınında balaca Davinin ürəyi iki dəfə dayansa da, tibb işçilərinin müdaxiləsi ilə həyata qaytarılıb. Naldonun avtomobildə sıxışıb qalan qayınatası yalnız xilasedicilərin dəmirləri kəsməsindən sonra çıxarılıb.
Xəstəxanada əməliyyat olunan balaca Davinin vəziyyətinin ağır olduğu və 48 saat reanimasiya şöbəsində yatırılacağı açıqlanıb.
Səbuhi Həsənov