
AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Xətai Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Musavat.com azadlıq.info saytına istinadən xəbər verir ki, İ.Hüseynin nə səbəbdən saxlanıldığı bilinmir.
Əmisinin Azadlıq.infoya verdiyi məlumata görə, günorta saatlarında mülki geyimli polis əməkdaşı özünü bank işçisi kimi təqdim edərək İ.Hüseynin yaşadığı evə gələrək onu axtardığını deyib. Evdə olmadığını bildikdə isə evlərinin yanında gözləyib. Axşam saatlarında evə qayıdan İ.Hüseyn polis bölməsinə aparılıb .
Bəxtiyar adlı sahə müvəkkili isə polis bölməsinin qarşısında dayan partiya fəallarına və İ.Hüseynin qohumlarına bildirib ki, İlham bir neçə gün burda saxlanılacaq. Saxlanılmasının səbəbi isə açıqlanmayıb.
Axşam saatlarında isə AXCP üzvü Fuad Əhmədlinin polis tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Hazırda onun telefonu söndürülüb. Onun hansı polis bölməsində olması barədə məlumat yoxdu.
AXCP Gənclər Komitəsinin üzvü Taleh Səmədov da saxlanılıb. Hazırda Nəsimi Rayon Polis İdarəsində olan gənc fəalla bağlı protokol tərtib olunub.
AXCP Nizami rayon şöbəsinin üzvü Füzuli Ovçuyev isə polis tərəfindən izlənildiyini deyib. Bu məlumatlar da azadlıq.info-ya məxsusdur.
Musavat.com