Siyasət 18:45 28.11.2022

AY Partiya Başqanlıq Heyəti MHP-də (FOTO)

Milliyətçi Hərəkat Partiyasının (MHP) mərkəzi iqamətgahında MHP Başqanı Dövlət Bağçalının Türk Dunyası və xarici əlaqələr üzrə müavini professor Kamil Aydın Azərbaycan Yüksəliş Partiyasın (AY Partiya) Başqanın müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi və Aqil Dadaşzadəni yüksək qonaqpərvərliklə qəbul edib. 

Qaynarinfo xəbər verir ki, görüş zamanı Türk Dünyasının ümumi problemlərindən danışılıb, Kamil Aydın MHP-nin Türk Dünyasına daxil olan ölkələrin əlaqələrinin daha çox inkişaf etməsi üçün gördüyü və görəcəyi işlərdən bəhs edib.

Sonda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi Kamil Aydına təqdim edilib. Kamil Aydin da öz növbəsində "Türk dunyası çalqıları” kitabını heyətə təqdim edib.