XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AY Partiya Milli Məclisdəki dinləmələrə niyə qatılmayıb? (AÇIQLAMA)
Ölkə17:42 24.10.2022

AY Partiya Milli Məclisdəki dinləmələrə niyə qatılmayıb? (AÇIQLAMA)

Bu gün Milli Məclisdə "Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə Milli Məclis üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin parlamentdənkənar siyasi partiyaların sədrləri, rəhbərliyə daxil olan şəxslər iştirak edib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) dinləmələrdə iştirak etməyib.
Məlumatda deyilir ki, AY Partiyanın tədbirə qatılmaması dəvət olunmaması ilə bağlıdır.
Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün AY Partiya başqanının siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi ilə əlaqə saxlayıb. 
Rəşad Bakuvi partiyanın dinləmələrdə iştirak etmədiyini təsdiqləyib. O, bunu AY Partiyanın dinləmələrə dəvət olunmaması ilə izah edib.