Siyasət 15:23 26.11.2022

AY Partiya nüfuzlu beyin mərkəzində (FOTO)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) Başqanlıq Heyətinin üzvləri Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva Ankarada Qafqaz Araşdırmalar Mərkəzinin Başqanı professor dr. Həsən Oqtay ilə görüşüblər. 
 
Qaynarinfo xəbər verir ki, görüşdə region və dünyada gedən proseslər, bu olayların Türk Dünyasına təsiri barədə müzakirələr aparılıb. Qeyd olunub ki, Türk Dövlətləri, xüsusilə Türkiyə və Azərbaycan Rusya-Ukrayna savaşı, İranda baş verən olayların nəticəsinə hazır olmalıdır. Çünki bu proseslər yeni dünya düzəninin qurulmasına ciddi təsir göstərəcək. 

Söhbət zamanı müxtəlif mövzulardan danışılıb, sonda xatirə şəkilləri çəkdirilib.