Siyasət 11:19 25.11.2022

AY Partiya nümayəndələri Zəngilanda qəzaya düşən Şamil Ayrımı evində ziyarət etdi (FOTO)

Azərbaycan Yüksəliş Partiyası (AY PArtiya) Başqanlıq Heyəti üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, AKP İstanbul millət vəkili Şamil Ayrımı evində ziyarət ediblər. 

Qaynarinfo xəbər verir ki, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva müalicəsini evində davam etdirən Şamil Ayrımla səmimi söhbət ediblər. Görüş zamanı AY Partiya Başqanı Anar Əsədli ilə Şamil Ayrımın telefon bağlantısı qurulub. 

Sonra Anar Əsədlinin hədiyyəsi Şamil Ayrıma təqdim edilib.

Millət vəkilinin özü və həyat yoldaşı Gülnihan xanımın qonaqpərvərliyindən məmnun qalan AY Partiya təmsilçiləri görüşdən xoş təəssüratla ayrılıblar.