Azərbaycanda daha bir siyasi partiya fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər veriur ki, mayın 22-də Vətəndaş Birliyi Partiyası siyasi arenadan çəkilib.
Bununla da ölkədə fəaliyyətini dayandıran partiyaların sayı 22-yə çatıb.
Qeyd edək ki, Vəyəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib.
2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub.
Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə Göyçaydan Milli Məclisə keçirilən seçkilərdə mandat qazanıb.
Bahar Rüstəmli
Şərhlər