
A.Abbasov teleqraf.com-a açıqlamasında bildirib ki, “Azerros”a aidiyyatı yoxdur və atasının belə bir tədbir keçirəcəyi barədə heç bir informasiyaya malik deyil: “Ümumiyyətlə, bu, nə tədbirdir? “Azerros”un mənə nə dəxli var? Bu barədə sualı atam Abbas Abbasova verin. “Azerros” öz saytında tədbirlər barədə hər şeyi yerləşdirir”.
O, “Azerros”un 15 illik yubileyi ərəfəsində Moskvada Millətlər Evində keçiriləcək konfransa Bakıdan dəvətlinin olub-olmaması barədə də xəbərinin olmadığını söylədi. Qeyd edək ki, sözügedən tədbir Rusiya–Azərbaycan münasibətlərinə həsr olunub.
Konfransda əsas müzakirə mövzuları “Rusiya–Azərbaycan münasibətlərinin tarixi”, “Rusiyanın ictimai həyatına, mədəniyyətinə, iqtisadiyyatına azərbaycanlıların töhfəsi”, “Rusiya–Azərbaycan münasibətlərinin inkişafında Rusiyanın Azərbaycan və Azərbaycanın rus icmalarının rolu”, “Rusiya və Azərbaycan xalqlarının əməkdaşlığında tarixi təcrübə” olacaq.
Qaynar.info