"Ağıllarına nə gəlir yazırlar, məlumatlar yalandır"
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanında saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Publika.Az-a açıqlamasında sabiq rəis haqqında yayılan məlumatların tamamilə cəfəngiyyat və yalan olduğunu deyib
“Bu məlumatlar heç bir həqiqəti əks etdirmir. Ağıllarına nə gəlir yazırlar. Məlumatlar yalandır”.
Xatırladaq ki, mətbuatda ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun Bakı Beynəlxalq Hava Limanından geri qaytarıldığı bildirilib.
Məlumatda bildirilir ki, sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb.
A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.