Xəbər lenti

AYİB Azərbaycanın aparıcı mebel istehsalçısına kredit ayırdı
Ekonomiks16:01 22.12.2019

AYİB Azərbaycanın aparıcı mebel istehsalçısına kredit ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Yenidənqurma və İnkişaf Bank (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçılarından biri olan "Saloglu" şirkətinə 7,6 milyon manat (4 milyon avro) kredit ayırıb.
"Report" AYİB-ə istinadən xəbər verir ki, şirkət kredit vəsaitləri ilə Bakıda istehsal zavodunu, anbarı və flaqman mağazasını tikəcək.
"Saloğlu" həmçinin AYİB-in Kiçik Sahibkarlığa Kömək Fondu vasitəsilə Cənubi Koreyanın maliyyələşdirdiyi beynəlxalq layihədən faydalanacaq.
"Layihə təchizat zəncirini və inventar idarəetmə təcrübəsini inkişaf etdirəcək", - deyə xəbərdə bildirilir.