Xəbər lenti

AYNA-nın şüşələrini sındıran şəxslə bağlı qərar verildi
Ekonomiks13:00 28.10.2023

AYNA-nın şüşələrini sındıran şəxslə bağlı qərar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxsə məxsus mərkəzdə şüşələri sındıran şəxslə bağlı məhkəmə qərar verib. 
Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Zabil (ad şərti) barəsində olunan şikayət əsasında İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə protokol tərtib edilib və iş baxılması üçün məhkməyə göndərilib. 
Dövlət qurumunun nümayəndəsi məhkəmədə izahat verərək bildirib ki, AYNA-ya ümumilikdə 450 manat ziyan dəyib. Qurum nümayəndəsi bildirib ki, Zabil tərəfindən dəymiş ziyan ödənilməsə də, ona qarşı hər hansısa şikayət və tələbləri yoxdur, barışıq əldə olunub. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilib. 
Məhkəmənin qərarı ilə Zabil barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
Əhməd