Xəbər lenti

Aysel Əlizadədən maraqlı açıqlamalar
Ölkə16:13 05.09.2019

Aysel Əlizadədən maraqlı açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yazıçı Aysel Əlizadə seks inqilabı ilə bağlı maraqlı fikirlər bildirib.
Qaynarinfo xəbər verir ki, o bunları publika.az-a verdiyi müsahibədə səsləndirib. 
"Seksin poeziyası" kitabının müəllifi "Azərbaycanda seks inqilabına ehtiyac varmı?" sualına belə cavab verib:
"Bir neçə ilə əvvəl kolleqamla insestlərdən, zoofiliyadan, pedofiliyadan danışırdıq. Bunlar, xüsusilə, Azərbaycanın bölgələrində çox yayılıb. Rayonlarda insest inanılmaz dərəcədədir və bunu gizlədirlər. Bölgələrdə bizim bir çox kişi seksual həyata zoofil kimi başlayırlar və biz buna normal baxırıq. Biz deyirik ki, kişi zoofil olsun, amma gedib sevdiyi qızla birlikdə olmasın. Buna görə də mənim kolleqam seksual inqilabın vacibliyindən söhbət açdı. Mənim də əhatəmdə tanıdığım qadın və kişilər həmişə öz həyatları illə bağlı özləri qərar veriblər deyə, mən düşündüm ki, buna ehtiyac yoxdur. Bizdə seksual inqilab baş verib də, hər kəs öz həyatını yaşayır".