Bloger Aysel Şükür üçüncü dəfə ailə qurub.
Qaynarinfo xəbər verir ki, bu haqda o, özü sosial media hesabında məlumat yayıb. Nikah Türkiyənin Kappadokiya bölgəsində, açıq havada baş tutub. Aysel mərasimdən yayımladığı görüntülərə "23.10.2021 və sonsuzluq" şərhini yazıb.
Qeyd edək ki, Aysel ilk həyat yoldaşından qalmaqallı şəkildə ayrılıb. O, daha sonra bloger Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var.
Şərhlər