Üç yaşlı Aysun Hüseynli anadangəlmə xəstədir. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, həkimlər tərəfindən ona IV dərəcəli eşitmə azlığı diaqnozu qoyulub. Hazırda Aysun eşitmə qabiliyyətindən tamamilə məhrumdur və bu səbəbdən nitqi də inkişaf etməyib.
Aysunun eşitmə qabiliyyətinin bərpası üçün o, 3 yaşı tamam olanadək əməliyyat (koxliyar implantasiya) olunmalıdır. Hazırda Aysun 2 yaş 9 aylıqdır.
Həmin əməliyyatın qiyməti 30 000 AZN təşkil edir və bu məbləği toplamaq Aysunun ailəsi üçün mümkünsüzdür.
Aysuna kömək etmək istəyən yardımsevər insanlar üçün bank rekvizitləri: