Xəbər lenti

Ayxan Mamayev finala çıxdı və əsgərliyə getməsindən danışdı - VİDEO
İdman17:38 26.10.2016

Ayxan Mamayev finala çıxdı və əsgərliyə getməsindən danışdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avstriyanın Lints şəhərində böyüklər arasında 23-cü karate üzrə dünya çempionatına start verilib.

Qaynarinfo.Az xəbər verir ki, 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev bu gün keçirilən görüşdə fransız rəqibini yarımfinalda məğlub edərək finala vəsiqə qazanıb. 2 gün sonra keçiriləcək final görüşündə onun rəqibi karatenin vətəni sayılan Yaponiyadan olacaq.

Yeri gəlmişkən, o, finala çıxmasından sonra Karate Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Qeyd edək ki, karatedə "Maradona" sayılan ən məşhur idmançımız Rafael Ağayev isə bu gün mübarizəyə qoşulacaq.

Qaynarinfo.Az